Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
BİZ XANKƏNDİNƏ DƏ, KƏRKİCAHANA DA QAYIDACAĞIQ!

0

  •               Dekabrın 28-də Xankəndi şəhər və Kərkicahan qəsəbəsinin işğal tarixi ilə əlaqədar Gəncə şəhərində tədbir keçirildi. Tədbirdə Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında müvəqqəti məskunlaşan Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinləri, ictimaiyyəti nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və məktəblilər iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə Kərkicahan şəhidlərinin xatirəsinə hazırlanmış xatirə lövhəsinin önünə ehtiram əlaməti olaraq gül dəstələri düzdülər. Şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi, müqəddəs Qurani-Kərimdən surə oxundu.Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev çıxış edərək 31 il əvvəl erməni seperetçılarının törətdiyi cinayət əməllərindən danışdı. Qeyd etdi ki, nankor qonşularımızın istəyi ilə SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Düşmən hər cür təzyiqdən istifadə edərək kərkicahanlıları öz doğma yurd-yuvasından didərgin salmağa çalışırdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmilərlə yandırılırdı. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və sahibsiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi. Beləliklə, səriştəsiz hakimiyyətin ucbatından köməksiz qalan, demək olar ki, bir-birinə bitişik olan Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini arxalı düşmən işğal etdi.  Dərgah Haqverdiyev vurğuladı ki, Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verib. 28 dekabrda Kərkicahanda 9 nəfər şəhid olmuşdur. Şəhid olanlardan arasında övladları olmayan bir ailənin üzvləri - 22.04.1938-ci il İsmayılov Elyas Bayram oğlu və 22.04.1940-ci il təvəllüdlü İsmayılova Şövkət Oruc qızı vəhşicəsinə qətlə yetirilmişdir. Erməni quldurları onların evlərinə od vurub, özlərini isə həyətlərində güllələyiblər. Xocalı soyqırımında erməni qəsbkarları tərəfindən hər iki valideyni qətlə yetirilən 25 nəfər uşaqdan 5-i Xankəndindən Xocalıya köçən sakinlərdəndir. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər. Birinci Qarabağ Müharibəsində Kərkicahan döyüşçülərindən 2 nəfər - Əliyev İlham Bahadur oğlu, Quliyev İslam İdris oğlu “İgidliyə görə” medalı ilə, 1 nəfər - Atakişiyev Fərhad Rəhman oğlu “Azərbaycan Bayrağı” ordeni ilə, 1 nəfər - Səmədov Gündüz Hidayət oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.Vətən müharibəsində Xankəndi və Kərkicahan gəncləri könüllü olaraq döyüşlərə qatıldılar. 44 günlük haqq savaşımızda Xankəndi və Kərkicahandan 51 nəfər torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşərək adlarını Şanlı Zəfər tariximizə yazdılar. Onlardan 26-sı Xankəndi, 25-i Kərkicahan sakinidir. Xankəndi şəhər sakinləri - Nəsirov Xəqani Kamran oğlu, Əhmədov Nicat Həsən oğlu şəhidlik zirvəsinə ucalıb. Xankəndindən 3 nəfər döyüşçü  - Əlizadə Təbriz Vaqif oğlu, Məmmədli Cavid Arzu oğlu, Əmirov İlqar Balakişi oğlu, Kərkicahandan isə bir nəfər - Novruzov Rüfət Yunis oğlu qazi olub.Daha sonra çıxış edən “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Xocalı və Xankəndi şöbəsinin sədri Ramiz Ağayev, “Qarabağa Dönüş” İctimai Birliyinin məsləhətiçisi Nadir Rəşidov, Birinci Qarabağ Müharibəsi veteranı Nazim Hüseynov, “Haqq-Ədalət Yolu Türk Dünyası" İctimai Birliyinin sədri Səxavət Cabbarov, ictimai fəal Zaur Mirzəyev, şəhid ailəsi Sevil Şükürova, “Xocalı” İdman Klubunun məşqçisi Əli Cəfərov və digər natiqlər qorxmaz və torpağına bağlı olan Xankəndi və Kərkicahan sakinlərinin hünərlərindən söz açdılar. Bildirildi ki, bu yurdun qadınları da kişiləri qədər mərdliklə mübarizə aparıblar. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum edən zaman qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Kərkicahan camaatı heç bir zaman düşməndən qorxmayıb. Daha sonra şəhid Natiq Şamuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.Tədbir respublikanın 38-dən artıq şəhər və rayonlarında müvəqqəti məskunlaşan Xankəndi və Kərkicahan sakinlərinin tezliklə doğma el-obalarına qayıdacağı günün inamı və arzusu ilə qələbə əhval-ruhiyyəsində yekunlaşdı.Sonda şəhidlərimizin ruhuna çay süfrəsi açıldı. Qalib BƏYMƏMMƏDOĞLU,Azərbaycan Jurnalistlər Birliyinin üzvü  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    BİZ XANKƏNDİNƏ KƏRKİCAHANA DA QAYIDACAĞIQ!

    Maraqlı gələ bilər
    41
    39
    32
    50